İnzibati işlər üzrə mütəxəssis

İşin təsviri

Qanunvericiliklə müəyyən olunmuş qaydada Agentlikdə inventarizasiyanın aparılması ilə bağlı yaradılmış komissiyaya əsasən işin icrasında iştirak edir,

Agentliyin balansında (istifadəsində) olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı təkliflər hazırlayır və irəli gələn işləri həyata keçirir,

Agentliyin təsərüfat ehtiyaclarının təyin edilməsi və uyğun malların satınalınmasında dəstəy göstərilməsi, təyinatı üzrə səmərəli istifadəsi üçün tədbirlər görür,

Bölmənin təhvil aldığı xidmət və malların doğruluğunu və qeyd olunan tarixə uyğun icra olunmasını həyata keçirir,

Agentliyin əməkdaşlarının istifadəsinə verilmiş və anbarda olan mal-materialların və qiymətlilərin səmərəli istismar edilməsi, onların təmiri, qorunması və yerdəyişməsi ilə bağlı tədbirlər həyata keçirir,

Maddi-məsul şəxsin öhdəsində olan aktivlərin və onların yerdəyişməsinin uçotunun aparılmasını təşkil olunmasını və mühasibat uçotu sənədlərində üzləşdirilməsini təmin edir,

Agentliyin balansında (istifadəsində) olan inzibati binaların və onların ətraf ərazilərinin ümumi vəziyyətini daim nəzarətdə saxlanmasına, məişət problemlərinin müəyyən edilməsi və həll olunması istiqamətində işlərin görülməsinə, təmizlik, sanitar-gigiyena və yaşıllaşdırma işlərinin icra olunmasına, mühafizəsinin təşkil olunmasına cavabdeh texniki əməkdaşların işlərini nəzarətdə saxlayır və aşkarlanan çatışmamazlıqların aradan qaldırması üçün müvafiq həllərin təqdim edilməsini həyata keçirir,

Agentliyin inzibati binalarının su, qaz, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatına uyğun müvafiq monitorinqləri həyata keçirir, baş vermiş xidmət xətalarının aradan qaldırılması ilə bağlı işləri həyata keçirir,

Agentliyin rəhbərliyinin və struktur bölmələrinin səmərəli fəaliyyəti üçün onların xidməti avtonəqliyyat vasitələri ilə təchiz olunması, nəqliyyat vasitələrinin sazlığının təşkili, cari təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılması, yanacaq ehtiyaclarının müəyyənləşdirilməsi və aylıq yanacaq ehtiyacına uyğun yanacağın ayrılması, texniki baxışı, icbari sığortasının təşkil olunması, quraşdırılmış GPS sisteminin izlənilməsi və gündəlik olaraq sürücülərin ümumi kordinasiyasını həyata keçirir,

Bölmənin iş istiqamətləri üzrə hesabat, akt və digər sənədlərin hazırlanmasını həyata keçirir,

Bölmənin fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirir.

Tələblər

Ali təhsil;

Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi

MS Office programlarında sərbəst işləmək

Sənədləşmə və kargüzarlıq

Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma vərdişləri