Müştəri Əlaqələri üzrə Operator
- Maaş
- 450 AZN
- Şəhər
- Bakı
Vakansiya haqqında
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Müştəri xidmətləri üzrə "Müştəri Əlaqələri üzrə Operator" tələb olunur.
Tələbələr müraciət etməsin!
Vəzifə öhdəlikləri:
Loyallıq proqramına yeni müraciət edən şəxslərin üzvlüyə qəbul edilməsi və məlumatlarının bazaya daxil edilməsi;
Daxil olan zəng və mesajların Excel faylında (və ya müvafiq bazada) qeydiyyatının aparılması;
Proqram üzvlərinə xatırlatma mesajlarının göndərilməsi;
Qaynar xəttə daxil olan zəng və mesajların cavablandırılması;
Bonus, kampaniya və müsabiqələr barədə proqram üzvlərinə məlumat verilməsi;
Üzvlərdən daxil olan şikayət və təkliflərin qeydə alınması;
Şikayət və təkliflərin aidiyyəti üzrə menecerə yönləndirilməsi;
Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi.
İş şəraiti:
İş qrafiki: Həftədə 6 iş günü;
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə: 10:00 – 17:00
Əmək haqqı: 450 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Müştəri Əlaqələri üzrə Operator” başlığı altında göndərə bilərlər.
Tələblər
- Operator vəzifəsində minimum 1 il iş təcrübəsi
- Kompüterdən istifadə bacarığı
- Yüksək kommunikasiya və səlis danışıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı
Oxşar elanlar
- Satış üzrə mütəxəssis (xanım)Pilates Life · Dünən
- Satış meneceriClopos · 2 gün əvvəl
- Bərdə nümayəndəliyinin rəhbəriPASHA Insurance · 2 gün əvvəl
- Satıcı məsləhətçi (rusdilli) — Footmark Gənclik MallBlue Planet Distribution · 2 gün əvvəl
- Kassir-əməliyyatçı (Bakı filialı)Expressbank · 2 gün əvvəl
- Qonaq əlaqələri üzrə nümayəndə (GSA)TABIA Group · 2 gün əvvəl