İşin təsviri
Dondurma istehsalı sahəsində fəaliyyət göstərən şirkətimiz Keyfiyyətə Nəzarət Şöbəsinə məsuliyyətli və diqqətli əməkdaş axtarır.
Əsas vəzifələr:
- Soyuducu və dondurucu anbarlarda temperatur göstəricilərinə gündəlik nəzarət etmək və qeydiyyatını aparmaq;
- Məhsulların qəbul, saxlanma və yüklənmə proseslərinin keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
- Anbarlarda sanitariya-gigiyena qaydalarına və məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək;
- Məhsulların yararlılıq müddətini yoxlamaq;
- Aşkarlanan uyğunsuzluqları rəhbərliyə bildirmək və hesabatlar hazırlamaq;
- Daxili keyfiyyət prosedurlarına və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını təmin etmək.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili (Qida mühəndisliyi, Texnologiya, Kimya və ya əlaqəli sahələr üstünlükdür);
- Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi arzuolunandır;
- Məsuliyyətli, diqqətli və analitik düşünmə bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmək və operativ qərar vermək bacarığı.
Əmək haqqı net 800 Azn + benzin kartı
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi,döngə 9/21D
Maraqlanan namizədlər öz CV-lərini iceland@iceland.az elektron poçt ünvanına göndərə bilərlər.