Məzmuna keçin
Caspian Textile MMC yerləşdirilib

Full-stack Developer

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifələr

Next.js və React ilə kompüter, planşet və mobil ekranlara uyğun veb saytlar və veb tətbiqlər hazırlamaq.

Backend funksionallığını və API-ləri hazırlamaq, verilənlər bazası və xarici xidmətlərlə inteqrasiyaları qurmaq.

Layihəni test etmək, serverdə yerləşdirmək və istifadəyə verildikdən sonra yaranan texniki problemləri aradan qaldırmaq.

Mövcud saytların sürətini və istifadə rahatlığını yaxşılaşdırmaq.

Tələblər

  • Veb layihələrin həm frontend , həm də backend hissələrini müstəqil hazırlamaq üzrə praktik təcrübə
  • HTML, CSS və JavaScript üzrə güclü biliklər
  • Next.js və React ilə veb layihələr hazırlamaq təcrübəsi
  • REST API, verilənlər bazası və Git ilə işləmək bacarığı
  • Veb layihələri serverdə və ya bulud platformasında yerləşdirmək və istifadəyə vermək təcrübəsi

Üstünlük hesab olunur

  • TypeScript ilə layihə təcrübəsi
  • Python və Django ilə backend proqramlaşdırma təcrübəsi
  • React Native ilə mobil tətbiqlərin hazırlanması üzrə təcrübə
  • CMS inteqrasiyası və kontentin idarə edilməsi üçün admin panellərinin hazırlanması
  • Texniki SEO və veb saytların performansının optimallaşdırılması
  • Docker, CI/CD və avtomatlaşdırılmış testlər üzrə təcrübə
  • Portfolionuzda hazırladığınız layihələrin linklərini və hər layihədə hansı hissələrə cavabdeh olduğunuzu qısaca qeyd edin

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →