İşin təsviri
- Filial və mağazalarda planlı və plandankənar audit yoxlamaların həyata keçirilməsi;
- Məhsul sayımlarının təşkili, inventar fərqlərinin araşdırılması;
- Satış menecerləri birlikdə hesablaşmaların həyata keçirilməsi və uyğunsuzluqların aradan qaldırılması;
- Mühasibat uçotu sənədlərinin düzgünlüyünün və daxili prosedurlara uyğunluğunun yoxlanılması;
- Satış, anbar və debitor borcları üzrə nəzarət etmək;
- Faktiki qalıqlarla sistem uyğunliğunun yoxlanması;
- Debitor borclarının yoxlanılması və nəzarətdə saxlanması;
- Audit nəticəsində gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Anbar və satış nöqtələrində daxili nəzarət prosedurlarına nəzarət edilməsi;
- Audit yoxlamalarının nəticələri üzrə akt, protokol və digər sənədlərin hazırlanması;
- Audit zamanı aşkarlanan problemlərin araşdırılması və həlli tədbirlər görülməsi;
- Rəhbərliklə bağlı digər tapşırıqların icra edilməsi
- Müştərilərdə mövcud olan stok qalıqlarının yoxlanılması və hesabatların hazırlanması
Tələblər
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes idarəçiliyi üzrə);
- Mühasibat uçotu üzrə bilikləri;
- Analitik düşünmə, detallara diqqət və problem həll etmək;
- Hesabat materialları və məlumatların təhlilini həyata keçirmək;
- Ezamiyyətlərə açıq olmalı;
- Şəxsi avtomobilin olması vacibdir;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- ERP proqramlarında(1C və ya Logix.) işləmək bacarığı;
İş şərtləri:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İşyeri: Bakı şəhəri;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi job@caspident.az elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Auditor” qeyd etməyiniz xahiş olunur.