Məzmuna keçin
CONNEX yerləşdirilib

Baş Direktorun Referenti

Maaş
600 – 1 200 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş qrafiki: Tam iş günü

İş şəraiti

Azərbaycan və beynəlxalq layihələr həyata keçirən şirkətdə iş imkanı;

Baş direktorla birbaşa işləmək və strateji idarəetmə proseslərində iştirak;

Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;

Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;

Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir.

Öhdəliklər

Baş direktorun gündəlik iş fəaliyyətinin və iş qrafikinin koordinasiyası;

Görüşlərin, iclasların və işgüzar səfərlərin təşkili;

Direktor tərəfindən verilən tapşırıqların icrasına nəzarət və nəticələrin izlənilməsi;

Şirkətin struktur bölmələri arasında operativ kommunikasiya və koordinasiyanın təmin edilməsi;

Rəsmi yazışmaların, məktubların və işgüzar sənədlərin hazırlanması;

Yerli və xarici tərəfdaşlarla işgüzar kommunikasiyanın aparılması;

İclas protokollarının hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənilməsi;

Rəhbərlik üçün qısa hesabatların və təqdimatların hazırlanması;

Məxfi korporativ məlumatların qorunmasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi
  • Azərbaycan dilində mükəmməl, ingilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Yüksək təşkilatçılıq, analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti
  • İşgüzar yazışma və korporativ etiket qaydalarını bilmək
  • Eyni anda bir neçə tapşırığı idarə etmək və prioritetləşdirmək bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik, təşəbbüskarlıq və yüksək məxfilik prinsiplərinə riayət
  • Müstəqil qərarvermə və rəhbərin tapşırıqlarını minimum nəzarətlə icra etmək bacarığı

Üstünlük hesab olunur

  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →