Məzmuna keçin
Deluxe Residence MTK yerləşdirilib

Kreativ və Rəqəmsal Marketinq üzrə Rəhbər

Şəhər
Bakı

Vakansiya haqqında

Kreativ düşüncəni analitik yanaşma ilə birləşdirən, daxili kreativ komandaya rəhbərlik edəcək və rəqəmsal marketinq fəaliyyətinin strategiyasına, icrasına və nəticələrinə görə məsuliyyət daşıyacaq təcrübəli lider axtarırıq.

Əsas vəzifə və məsuliyyətlər

  • Komandanın idarə olunması

Akkaunt menecer, SMM mütəxəssisləri, dizayner, kopirayter və digər kreativ komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək

İş bölgüsünü, prioritetləri, icra müddətlərini və keyfiyyət standartlarını müəyyənləşdirmək

Komandanın məhsuldarlığını qiymətləndirmək, inkişafını və motivasiyasını təmin etmək

  • Marketinq strategiyası və planlaşdırma

Şirkətin layihələri üzrə rəqəmsal marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək

Bazar, rəqib və hədəf auditoriya araşdırmalarını təşkil etmək

Layihələr üzrə kampaniya planları və kommunikasiya istiqamətlərini müəyyənləşdirmək

Rəqəmsal trendləri izləmək və brendin kommunikasiya strategiyasına uyğun tətbiq etmək

  • Performance marketinq və reklam büdcəsi

Rəqəmsal reklam büdcəsini planlaşdırmaq, kanallar üzrə bölüşdürmək və effektiv idarə etmək

Google Ads, Meta Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarının qurulmasına və optimallaşdırılmasına rəhbərlik etmək

CPL, CPA, keyfiyyətli lead, konversiya və digər əsas KPI-ların icrasını təmin etmək

Yeni reklam platformalarını və alətlərini araşdırmaq, effektivliyini test etmək

Marketinq xərclərinin kommersiya nəticələrinə təsirini təhlil etmək

  • Analitika və texniki nəzarət

Google Analytics 4, Google Tag Manager, Meta Pixel və Conversion API kimi analitika və izləmə sistemlərinin düzgün işləməsini təmin etmək

Reklam platformaları və CRM məlumatları əsasında kampaniyaların nəticələrini təhlil etmək

Müntəzəm performans hesabatları hazırlamaq və optimallaşdırma təklifləri vermək

A/B testlərini planlaşdırmaq və nəticələr əsasında kampaniyaları təkmilləşdirmək

  • Influencer marketinq

Brendə uyğun influencer və kontent yaradıcılarını müəyyənləşdirmək

Əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq

Influencer kampaniyalarının planlaşdırılmasını, icrasını və nəticələrinin ölçülməsini idarə etmək

  • Kreativ istiqamət və kontent

Reklam kampaniyalarının kreativ konsepsiyalarını formalaşdırmaq və komandanı istiqamətləndirmək

Kampaniya ideyalarının brend mövqelənməsi və biznes hədəfləri ilə uyğunluğunu təmin etmək

Video kontentlərin konsepsiya və ssenari hazırlanmasında iştirak etmək

Foto və video çəkilişlərin kreativ istiqamətinə və icra keyfiyyətinə nəzarət etmək

Kreativ ideyaları performans nəticələri əsasında inkişaf etdirmək

Tələblər

  • Rəqəmsal marketinq sahəsində minimum 7 il iş təcrübəsi
  • Komanda idarəetməsi və strateji planlaşdırma təcrübəsi
  • Əhəmiyyətli reklam büdcələrinin idarə olunması və nəticəyönümlü kampaniyaların həyata keçirilməsi təcrübəsi
  • Google Ads, Meta Ads, GA4, GTM, Meta Pixel və Conversion API üzrə güclü praktiki biliklər
  • Reklam analitikası, KPI-lar və konversiya optimallaşdırılması üzrə təcrübə
  • Influencer marketinq və kreativ kampaniyaların idarə edilməsi bacarığı
  • Video kontent istehsalının əsas mərhələləri üzrə bilik və təcrübə
  • Güclü strateji, analitik və kreativ düşüncə
  • Liderlik, kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Eyni vaxtda bir neçə layihəni və komandanı effektiv idarə etmək bacarığı

Üstünlük hesab olunur

  • Daşınmaz əmlak, premium məhsul və ya yüksək büdcəli xidmətlərin marketinqi üzrə təcrübə üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →