Məzmuna keçin
Kontakt Home yerləşdirilib

Rəqəmsal marketinq üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və brend/məhsul kampaniyalarının həyata keçirilməsi;

Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və koordinasiyası;

Kampaniyaların effektivliyinin ölçülməsi, nəticələrin təhlili və müntəzəm performans hesabatlarının hazırlanması;

Reklam büdcəsinin hazırlanması, rəhbərliyə təqdim edilməsi və təsdiqlənmiş büdcə çərçivəsində icrasına nəzarət;

Veb-saytlar üzrə SEO strategiyasının hazırlanması və həyata keçirilməsi (texniki SEO, On-page SEO və kontent SEO);

Hesabatların hazırlanması, kampaniyaların idarə edilməsi və təkrarlanan marketinq proseslərinin AI alətləri vasitəsilə avtomatlaşdırılması;

Yeni kommunikasiya kanallarının və rəqəmsal alətlərin araşdırılması, qiymətləndirilməsi və marketinq proseslərinə inteqrasiyası;

Marketinq fəaliyyətləri üzrə təqdimatların və hesabatların hazırlanması;

Kampaniya prosesində yaranan texniki və strateji problemlərin operativ müəyyənləşdirilməsi və həll edilməsi.

Tələblər

  • Ali təhsil
  • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Rus dilini sərbəst (yazılı və şifahi), Azərbaycan dilini mükəmməl bilmək mütləqdir
  • SEO üzrə biliklər: açar söz araşdırması, texniki SEO auditi, on-page optimallaşdırma və kontent planlaması
  • AI və marketinq avtomatlaşdırılması üzrə biliklər: Make.com, n8n və ya Zapier vasitəsilə iş axınlarının qurulması, ChatGPT, Claude, Gemini kimi AI alətlərinin marketinq proseslərində tətbiqi
  • Analitik düşüncə, data ilə işləmək və Excel/Google Sheets proqramlarında sərbəst işləmək bacarığı
  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı

Üstünlük hesab olunur

  • E-commerce sahəsində təcrübə üstünlükdür
  • İngilis dili üzrə işgüzar səviyyədə bilik üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →