Vakansiya haqqında
İş Yeri: Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (tarixən və yerli əhali arasında Nasoslu və ya Nasosnaya kimi tanınır) və ətraf ərazilər
Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
Sumqayıt və ona yaxın ərazilərdə yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının aparılması.
Layihənin metodologiyası və məqsədlərinə uyğun olaraq təlim-seminarların və digər potensialın artırılması fəaliyyətlərinin həyata keçirilməsi.
Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
Həm fərdi qaydada — təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində işləmək.
Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
Tələblər
- Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi
- Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ
- Fərdi terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi
- Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə sübut olunmuş iş təcrübəsi
- Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər
- Mükəmməl fasilitasiya, kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları
- Azərbaycan dilini mükəmməl bilmək tələb olunur
- Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı
- Fərdi təkbətək sessiyalar
- Qrup sessiyaları və ailə müdaxilələri
- Təlim-seminarlar
Üstünlük hesab olunur
- Magistr və ya daha yüksək dərəcə üstünlükdür
- İngilis dili biliyi böyük üstünlükdür
- Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır
- Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi
Oxşar elanlar
- Baş tibb bacısı (Bakı, Sumqayıt)SwissDent · 28 oktyabr 2026
- Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə kiçik Mütəxəssis (Sumqayıt)Unibank Kommersiya Bankı · Dünən
- Boya mətbəxi operatoruGiltex MMC · 2 gün əvvəl
- QaynaqçıQartal Tikinti Firması · 2 gün əvvəl
- Elektrik-elektronika ustasıAQROINTER LTD · 6 gün əvvəl
- Xüsusi təyinatlı texnika üzrə hidravlika ustasıAQROINTER LTD · 6 gün əvvəl