Vakansiya haqqında
İş Yeri: Lənkəran
Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
Lənkəranda yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
Tələblər
- Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi
- Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ
- Fərdi terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi
- Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə sübut olunmuş iş təcrübəsi
- Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər
- Kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları
- Azərbaycan dilini mükəmməl bilmək tələb olunur
- Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı
Üstünlük hesab olunur
- Magistr və ya daha yüksək dərəcə üstünlükdür
- İngilis dili biliyi böyük üstünlükdür
- Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır
- Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi
Oxşar elanlar
- Kredit işçisi (Lənkaran)Azərbaycan Mikro Kredit BOKT · 18 noyabr 2026
- Kredit İşçisi (Lənkəran)Azərbaycan Mikro Kredit BOKT · 6 noyabr 2026
- Masallı, Lənkəran və Şirvan filialları üzrə Lombard kreditləri Aparıcı/Baş mütəxəssisRabitəbank · 5 noyabr 2026
- Müştərilərlə iş üzrə mütəxəssis (Lənkəran filialı üzrə)Expressbank · 28 oktyabr 2026
- Pediatriya üzrə tibb bacısıQarabağ Universitetinin Klinikası · Dünən
- Həkim-kardioloqQarabağ Universitetinin Klinikası · Dünən