Vakansiya haqqında
EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri axtarırıq!
Rəqabətədavamlı əməkhaqqı;
Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv iştirak imkanı.
Öhdəliklər
Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək;
Operatorların işinə nəzarət etmək, iş bölgüsünü aparmaq və fəaliyyətlərini qiymətləndirmək;
Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək;
Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları barədə düzgün məlumat verilməsinə nəzarət etmək;
Müştərilərin məhsul seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək;
Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və tətbiq etmək;
Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və şöbələrə düzgün yönləndirmək;
Mağazalarda məhsulun mövcudluğu, sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin etmək;
Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar problemlərin qarşısının alınması üçün tədbirlər görmək;
Müştəri bazasının yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək;
Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng kampaniyaları təşkil etmək;
Əvvəlki müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması istiqamətində iş aparmaq;
Reklam və marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək;
Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və qiymətləndirmək;
Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət bacarıqlarının inkişafını təmin etmək;
Zənglərin sayı, cavablandırılma müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq;
Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər vermək.
Tələblər
- Ali təhsil
- Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş təcrübəsi
- Telefonla satış və müştəri ilə effektiv ünsiyyət bacarığı
- Satış skriptlərinin hazırlanması və tətbiqi üzrə biliklər
- CRM sistemləri ilə işləmək bacarığı
- MS Excel və hesabat proqramlarından istifadə bacarığı
- Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli bacarığı
- Komandanı motivasiya etmək və idarə etmək qabiliyyəti
- Yüksək nitq mədəniyyəti, səbir və inandırma qabiliyyəti
- Analitik düşüncə və nəticəyönümlülük
- Azərbaycan dilində səlis danışıq
- Daxil olan zənglərin cavablandırılma faizi
- Cavabsız və itirilmiş zənglərin azaldılması
- Müştəri müraciətlərinin satışa çevrilmə faizi
Üstünlük hesab olunur
- Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə üstünlük verilir
- Pərakəndə satış və aktiv telefon satışları sahəsində təcrübə arzuolunandır
Oxşar elanlar
- Satış meneceriFinora Systems · 3 gün əvvəl
- Satış üzrə mütəxəssis (xanım)Pilates Life · 3 gün əvvəl
- Mağaza MüdiriEvol · 3 gün əvvəl
- Satış meneceriClopos · 4 gün əvvəl
- Bərdə nümayəndəliyinin rəhbəriPASHA Insurance · 4 gün əvvəl
- Satıcı məsləhətçi (rusdilli) — Footmark Gənclik MallBlue Planet Distribution · 4 gün əvvəl