Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanması və uçotu şöbəsi / kassir

İşin təsviri

  • Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması, qorunması və uçotunun aparılması;
  • Nağd vəsaitin Mərkəzi Bank, digər bank, filiallara və şöbələrə müvafiq qaydada göndərilməsi və qəbulu;
  • Expresspay ödəniş terminallarının ödəniş kasetlərinin inkassatorlardan qəbul edilməsi və yoxlanılması;
  • Expresspay ödəniş terminallarının kasetlərindən vəsaitin qəbul edilməsi və çek ilə yoxlanılması;
  • Bankomatlara yüklənəcək vəsaitlərin hazırlanması və inkassatorlara təhvil verilməsi;
  • Bankomatlardan gətirilən vəsaitin qəbul edilməsi və bankomat çeki ilə üzləşdirilməsi;
  • ABİS-də müvafiq kassa əməliyyatlarının aparılması;
  • Mərkəzi Banka təhvil verilən vəsaitlərin çeşidlənməsi və formalaşdırılması.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.