Pərakəndə Bankçılıq Departamenti/ Satış və Xidmətə Dəstək şöbəsi/ Pərakəndə məhsulların satışının təşkili bölməsi/ koordinator

İşin təsviri

  • Filiallarda ön ofis əməkdaşlarının təlimatlandırılması və tapşırıqların verilməsi;
  • Filiallar üzrə aylıq, rüblük qoyulan planlara, hədəflərə çatdırılması istiqamətində işlərin aparılmasında ön ofis işçiləri ilə mütəmadi əməkdaşlıq edərək lazımı tövsiyyələrin verilməsi;
  • Bölmə üzrə hesabatların hazırlaması və birbaşa rəhbərliyə təqdim edilməsi;
  • Bankın strateji planından irəli gələn və bilavasitə bölmənin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak etməsi;
  • Kurasiya etdiyi sahənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedur layihələrin hazırlanmasının təmin olunması və bu sənədlərə əlavə dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Məhsul satışlarının təhlil olunması və müvafiq hesabatların hazırlaması.

Tələblər

  • Ali təhsil;
  • Bank sektorunda minimum 4 il iş təcrübəsi;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları üzrə yüksək biliklər.