Demi Chef de Partie

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Mətbəxdə təyin olunmuş bölmənin (isti yeməklər, soyuq mətbəx, qənnadı, souslar və s.) iş prosesinə kömək etmək;
  • Chef de Partie və Baş aşpazın göstərişlərinə uyğun olaraq yeməklərin hazırlanmasını həyata keçirmək;
  • İnqrediyentlərin hazırlanması, doğranması, porsiyalanması və düzgün saxlanılmasını təmin etmək;
  • Yeməklərin reseptura və təqdimat standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
  • Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
  • İş zamanı gigiyena və sanitariya qaydalarına riayət etmək (HACCP standartları daxil olmaqla);
  • Məhsulların keyfiyyətini, təzəliyini və düzgün saxlanma temperaturunu yoxlamaq;
  • Mətbəx bölməsində iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Gündəlik hazırlıq işlərində (mise en place) iştirak etmək;
  • Yeni menyu və yemək reseptlərinin tətbiqində rəhbər aşpazlara dəstək olmaq;
  • Sifarişlərin vaxtında və keyfiyyətli hazırlanmasına kömək etmək;
  • Qida israfının qarşısının alınması və məhsullardan səmərəli istifadə etmək;
  • Mətbəx inventarının və avadanlıqlarının qorunmasına diqqət yetirmək;
  • Komanda daxilində effektiv əməkdaşlıq etmək və iş intizamına riayət etmək.

Tələblər

  • Otel və ya restoran mətbəxində təcrübə;
  • Avropa və ya beynəlxalq mətbəx standartları haqqında bilik;
  • Sürətli iş mühitində işləmək bacarığı;
  • Komanda ilə işləmə qabiliyyəti;
  • Detallara diqqət və məsuliyyətlilik.

Maraqlanan namizədlər öz CV-lərini aze.careers@fairmont.com elektron poçt ünvanına göndərə bilərlər.