Tədris Nəzarətçisi

Bu gün
500
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Family School tədris mərkəzi olaraq komandamıza təcrübəli Tədris Nəzarətçisi (Supervisor) axtarırıq. Bu vəzifə tədris prosesinə nəzarət, tələbələrlə iş, qeydiyyatlar və valideynlərlə kommunikasiya istiqamətində əsas rol oynayacaq.

Namizədə tələblər:

  • Təhsil sahəsində minimum 2 il iş təcrübəsi
  • Tələbələrlə və müəllimlərlə real iş təcrübəsi
  • Tələbələrin psixologiyasını anlayan, uşaqlarla düzgün ünsiyyət qura bilən
  • Qeydiyyat proseslərini idarə etmə bacarığı
  • Valideynlərlə düzgün və səbirli ünsiyyət qurmaq bacarığı
  • Səbirli, təmkinli, gülərüz
  • Çevik, dinamik və problem həll etmə bacarığı olan
  • Gərgin vəziyyətlərdə operativ qərar verə bilən
  • Yeniliklərə açıq, kreativ düşüncəli
  • Özünü inkişaf etdirməyə maraqlı və motivasiyalı
  • Sosial şəbəkələrdən anlayışı olmalıdır
  • Rus dili biliyinin yüksək olması üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Tələbələrin dərslərə davamiyyətinə və ümumi davranışına nəzarət
  • İmtahanların keçirilməsinə və imtahan otağında ciddi nəzarət
  • Qeydiyyat proseslərinə nəzarət və yeni tələbələrin qeydiyyatının aparılması
  • Müəllimlərin dərs cədvəllərinə nəzarət və koordinasiya
  • Tələbələrin ümumi dərs qrafikinin idarə olunması
  • Mərkəzə gələn şəxslərin qarşılanması və yönləndirilməsi
  • Valideynlərlə görüşlərin və danışıqların aparılması
  • Dərs iştiraklarının qeydiyyatı
  • Hesabatların hazırlanması və göndərilməsi (reportlar)
  • Tədris prosesində yaranan problemlərin operativ şəkildə həll olunması
  • Tədris mərkəzinin ümumi nizam-intizamının qorunması

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü 10:00 – 20:00
  • Maaş: 500 AZN
  • Namizədin özünü inkişaf etdirməsi və nəticələrinə görə maaş artımı mümkündür.

Maraqlanan namizədlər cv-lərini familyschooledu@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.