Vakansiya haqqında
Texniki Dəstək üzrə Mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Texniki Dəstək üzrə Mütəxəssis
vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Tələblər
- Hansı özəlliklərə malik olmalıdır?
- SQL üzrə yaxşı səviyyədə biliklər
- Oracle Database ilə işləmək bacarığı
- PL/SQL üzrə biliklər və mövcud kodu oxuyub təhlil etmək bacarığı
- Məlumat bazasındakı cədvəllərin strukturunu və əlaqələrini araşdırmaq, məlumatların məntiqini anlamaq bacarığı
- Sorğular vasitəsilə məlumatları yoxlamaq, müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı
- PL/SQL paketləri, prosedurları və funksiyaları ilə işləmək və onların iş prinsipini anlamaq bacarığı
- Servislərdə yaranan xətaları loglar və texniki alətlər vasitəsilə araşdırmaq bacarığı
- Texniki problemləri analitik yanaşma ilə araşdırmaq və səbəb-nəticə əlaqəsini müəyyən etmək bacarığı
- Problemləri sistemli şəkildə araşdırmaq, nəticələri sənədləşdirmək və düzgün eskalasiya etmək bacarığı
- Komanda ilə işləmək, aydın kommunikasiya qurmaq və məsuliyyətli yanaşma nümayiş etdirmək
- Oracle SQL Developer, PL/SQL Developer və ya oxşar alətlərlə iş təcrübəsi
- API və servis məntiqi haqqında ilkin biliklər
- Log analiz alətləri və texniki monitorinq vasitələri ilə iş təcrübəsi
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl