İşin təsviri
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnsan Resursları üzrə Kiçik Mütəxəssis (Öyrənmə və inkişaf üzrə) vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəliklərinə aşağıdakılar daxildir, lakin bununla məhdudlaşmır:
- Müxtəlif işçi qrupları üçün təlim sessiyalarının hazırlanmasına və keçirilməsinə dəstək göstərmək
- Təlim cədvəllərini və dəvətləri vaxtında kommunikasiya etmək
- Təlim materiallarının və öyrənmə resurslarının hazırlanması, yenilənməsi və əldə olunmasına kömək etmək
- Zərurət olduqda xarici təlim proqramları üçün təchizatçılarla (vendorlarla) koordinasiyaya dəstək vermək
- Təlim proqramlarının təşkilati dəyişiklikləri və biznes ehtiyaclarını əks etdirməsini təmin etməyə kömək etmək
- Daxili təlim məzmununun hazırlanmasında mövzu üzrə mütəxəssislərə dəstək olmaq
- Təlim məkanlarını hazırlamaq və tələb olunan alətlərin və texniki avadanlıqların mövcudluğunu təmin etmək
- Təlim otaqları, avadanlıq və ya təlimçilərin mövcudluğuna əsasən təlimlərin planlaşdırılmasına kömək etmək
- İştirakçıların qeydiyyatını, davamiyyətin izlənməsini və təlim sənədləşməsini koordinasiya etmək
- Testlər, rəy sorğuları və davamiyyət analizi vasitəsilə təlimlərin effektivliyinin qiymətləndirilməsinə dəstək olmaq
- Təlim qeydlərini və işçilərin davamiyyət məlumatlarını dəqiq şəkildə aparmaq
- Təlim hesabatlarının hazırlanmasına və əsas KPI göstəricilərinin izlənməsinə dəstək vermək
- Yeni işçilər üçün onboarding proqramlarının təşkilinə dəstək göstərmək
- Yerli səviyyədə Təlim İdarəetmə Sisteminin (LMS / FLZ) idarə olunmasına və saxlanmasına kömək etmə
- İşçi cəlb edilməsi (engagement) layihələrinə dəstək vermək
Tələblər
- Biznesin idarə edilməsi, menecment, təhsil, təlim, İnsan Resursları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Təlim üzrə mütəxəssis və ya oxşar sahədə iş təcrübəsi üstünlükdür.
- İnsan resursları, təlim və ya Öyrənmə və İnkişaf (Learning & Development) sahəsində ilkin iş təcrübəsi və ya təcrübə proqramında iştirak (yüksək üstünlükdür);
- Qrup qarşısında təlimlərin keçirilməsi və təlimatların təqdim edilməsi üzrə təcrübə (yüksək üstünlükdür);
- Müxtəlif təlim və öyrənmə metodologiyaları üzrə bilik (arzuolunandır);
- Ənənəvi və müasir təlim metodları, alətləri və texnikaları ilə tanışlıq;
- Mətn emalı proqramları (MS Office) və təqdimat proqramlarından (PowerPoint və s.) istifadə bacarığı;
- Eyni anda bir neçə tapşırığı idarə etmək və müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı.
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı – tələb olunur;
- İngilis dili-səlis.
- MS Office proqramları üzrə yaxşı istifadə bacarığı;
- Learning Management System (LMS) sistemləri ilə bağlı ilkin bilik;
- Onlayn görüş, veb-konfrans və virtual təlim alətləri ilə iş təcrübəsi üstünlükdür.