İşin təsviri
Şirkətimiz tikinti layihələri üzrə fəaliyyət göstərmək üçün təcrübəli və məsuliyyətli SƏTƏM üzrə mütəxəssis axtarır.
Əsas vəzifə və öhdəliklər
- Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
- Tikinti meydançasında mövcud riskləri müəyyən etmək, qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
- İşçilərin təhlükəsizlik qaydalarına əməl etməsinə və fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsinə nəzarət etmək;
- İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin və dövri təlimatlandırmalar keçirmək;
- Təhlükəli işlərin təhlükəsiz şəkildə həyata keçirilməsinə nəzarət etmək;
- Bədbəxt hadisələri, insidentləri və təhlükəli halları araşdırmaq, müvafiq tədbirlər görmək;
- SƏTƏM üzrə sənədləşmə, yoxlama və hesabatları hazırlamaq;
- Tikinti sahəsində aşkar edilmiş təhlükəsizlik pozuntularının aradan qaldırılmasını təmin etmək.
Namizədə tələblər
- SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti layihələrində iş təcrübəsinin olması mütləqdir;
- SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və risklərin qiymətləndirilməsi üzrə biliklər;
- SƏTƏM sənədlərinin hazırlanması və aparılması bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
- Rus dili biliyi üstünlükdür.
İş şəraiti
- İş yeri: Gənclik, Bakı
- Əmək haqqı: Müsahibə əsasında
Uyğun namizədlər CV-lərini immanagasimova@outlook.com elektron poçt ünvanına təqdim edə bilərlər.
Əlaqə +994 51 277 23 50