Anbardar (Şamaxı)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Peşəkar komanda ilə işləmək fürsəti;

Vəzifə öhdəlikləri:

  • Anbar işini təşkil etmək;
  • Anbar hesabatlarının aparılması;
  • Anbar qalıqlarına nəzarət etmək;
  • Mal və materilların hərəkətinə nəzarət etmək;
  • Layihələr üzrə malların çatdırılması işini təşkil etmək;
  • Malların anbara mədaxil və məxaric olunmasını təmin etmək;
  • Qaimə və hesab-fakturalar əsasında anbardakı proseslərin həyata keçirilməsi;
  • Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
  • Malların xüsusiyyətindən asılı olaraq, anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
  • Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək.

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Anbar sahəsində ən azı 3–5 il iş təcrübəsi;
  • Anbar uçotu və sənədləşmə qaydalarını bilməsi;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • Mal-materialların qəbulu, yerləşdirilməsi, uçotu və təhvil verilməsi üzrə təcrübə;
  • İnventarizasiya və anbar qalıqlarının düzgün aparılması üzrə bilik;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;

İş şəraiti:

  • İş rejimi: 5 günlük
  • İş yeri: Şamaxı rayonu (Şamaxı rayonunda yaşayan namizədlərə üstünlük veriləcək)

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Anbardar (Şamaxı)” qeyd etməklə hr@fotonllc.az elektron poçt ünvanına göndərəsiniz.