Oxşar aktiv elanlar
- Elektrik (Kip avtomatika)Mətanət A · 29 oktyabr 2026
- İstismar xidmətləri üzrə texnik (havalandırma)PASHA Property Management · 2 gün əvvəl
- Senior Mechanical Design EngineerPASHA Real Estate Group · 2 gün əvvəl
- Sahə mühəndisiBaku Electronics · 2 gün əvvəl
- İT Texnik (kabelleşmə)OBA Market MMC · 2 gün əvvəl
- İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisGuven Technology LLC · 2 gün əvvəl
Vakansiya haqqında
Nə təklif edirik?
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
- Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
- Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər:
- Elektrik sahəsi üzrə peşə və ya Ali təhsil;
- Elektrik ixtisas sertifikatı;
- Müvafiq sahə üzrə (elektrik) minimum 5 il təsdiqli iş təcrübəsi;
- Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Şamaxı rayonu
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Aparıcı elektrik” qeyd etməklə (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərəsiniz.
Əlavə məlumat
- Təcrübə: 4-5 il
- Təhsil: Bakalavr