Məzmuna keçin
Foton yerləşdirilib

Texniki işlər üzrə supervayzer (Naftalan)

Şəhər
Naftalan
İş növü
Tam iş günü

Vakansiya haqqında

Nə təklif edirik?

“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;

Pasha Sığorta ilə əməkdaşlıq çərçivəsində sizin və birinci dərəcəli ailə üzvlərinizin sığortalanması;

Peşəkar komanda ilə işləmək fürsəti;

İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra etmək;

Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək;

İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini aparmaq;

Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək;

Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək;

KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı, texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;

Podratçılar və xidmət təminatçıları ilə işin təşkili, müqavilələrin idarə olunması və xidmət səviyyəsinə (SLA) nəzarət etmək;

Obyekt idarəçiləri və layihə komandaları ilə əməkdaşlıq edərək texniki xidmət işlərini koordinasiya etmək;

Kapital xərcləri planlaşdırmaq, aktivlərin istismar müddətini izləmək və texniki yenidənqurma layihələrinə dəstək göstərmək;

Texniki sənədlərin, sertifikatların və hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək.

İş şəraiti:

İş rejimi: 5 günlük

İş yeri: Naftalan şəhəri

CV-lərinizi “ Texniki işlər üzrə supervayzer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi
  • Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik təcrübə
  • Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə
  • MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər
  • CMMS proqramları ilə iş təcrübəsi
  • Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı
  • Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər

Üstünlük hesab olunur

  • Magistr və ya MBA üstünlükdür
  • CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür

Oxşar elanlar

Bütün Naftalan vakansiyaları →