Məzmuna keçin
Foton yerləşdirilib

Biznes proseslərinin idarəedilməsi üzrə admin

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Nə təklif edirik?

“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;

Könüllü tibbi sığorta (ailə paketi);

Peşəkar komanda ilə işləmək fürsəti;

İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI matrisləri hazırlamaq prosesində iştirak etmək;

Biznes prosesləri, daxili normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq;

Daxili normativ sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və ləğvi mərhələlərinin koordinasiyasını aparmaq;

Biznes proseslərinin idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların izlənilməsini təmin etmək;

Struktur bölmənin fəaliyyəti üzrə sənəd və məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;

Proqram təminatlarından istifadə etməklə vizual materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq.

İş şəraiti:

İş rejimi: 5 günlük

İş yeri: Bakı şəhəri

CV-lərinizi “ Biznes proseslərinin idarəedilməsi üzrə admin ” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas üzrə ali təhsil
  • Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • Canva, Microsoft Word, Excel, PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı
  • Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı

Üstünlük hesab olunur

  • CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →