İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təhkim edildiyi layihədəki yaşıllıq zolağının traktorla təmizlənməsi və şumlanması;
- Texnikanın gündəlik baxımı, təmizliyi və təhlükəsizlik qaydalarına uyğun istifadəsi;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək;
- Traktor operatorluğu ilə əlaqəsi olmayan məsələ və ya məlumatlar ilə bağlı məxfiliyin qorunub saxlanmasını təmin etmək.
Namizədə aid tələblər:
- Traktor sürücüsü vəsiqəsi;
- Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə;
- Traktor sürücü kimi əvvəlki iş yerlərində minimum 5 il təcrübəyə malik olmaq;
- Traktorun texniki xidməti və sadə təmir işlərini bilməsi üstünlükdür;
- Dəyişkən iş mühitində təzyiq altında çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq.
İş şəraiti:
- İş rejimi: 5 günlük (09:00-18:00)
- İş yeri: Gəncə şəhəri
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Traktor sürücü-Gəncə” qeyd etməklə hr@fotonllc.az elektron poçt ünvanına göndərə və ya (010) 265-88-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.