Məzmuna keçin
Grand-Agro MMC yerləşdirilib

35 kV Yarımstansiya dispetçeri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

35 kV yarımstansiyanın və elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işinə nəzarət etmək;

Gərginlik, cərəyan, yük və temperatur göstəricilərini izləmək və qeydə almaq;

Güc transformatorlarının, paylayıcı qurğuların və rele mühafizə sistemlərinin vəziyyətinə nəzarət etmək;

Təsdiq edilmiş qaydalar və səlahiyyətlər çərçivəsində operativ qoşma və açma əməliyyatlarını yerinə yetirmək;

Qəza və nasazlıq hallarında müvafiq təlimatlara uyğun tədbirlər görmək;

Təmir və texniki xidmət işlərinin təşkilində iştirak etmək;

Növbənin təhvil-təslim prosesini və operativ sənədləşməni təmin etmək;

Layihənin tikinti, sınaq və işə salma mərhələlərində iştirak etmək;

Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;

Baş energetik və aidiyyəti texniki heyətlə koordinasiyalı işləmək.

Tələblər

  • Elektroenergetika, elektrik mühəndisliyi və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili
  • Yüksək gərginlikli yarımstansiyalarda minimum 3 il iş təcrübəsi
  • 35 kV yarımstansiyaların, transformatorların və paylayıcı qurğuların iş prinsipləri üzrə biliklər
  • Elektrik sxemlərini və operativ sənədləri oxumaq bacarığı
  • Rele mühafizəsi və elektrik təhlükəsizliyi üzrə biliklər
  • Müvafiq elektrik təhlükəsizliyi üzrə ixtisas və səlahiyyət sənədlərinin olması

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →