Vakansiya haqqında
Vəzifə haqqında
Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik axtarırıq.
Namizəd mövcud biznes proseslərini təhlil etməli, təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan həllər təklif etməlidir.
Əsas vəzifə öhdəlikləri
Mövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil edilməsi;
Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi;
Müxtəlif struktur bölmələrindən biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;
Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;
Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin hazırlanması;
Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqinin aparılması;
Biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;
Həyata keçirilən dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi.
Tələblər:
Tələblər
- Ali təhsil
- Analitik və tənqidi düşünmə, problem həll etmə bacarığı
- MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı
- Məlumatların təhlili, nəticələrin şərhi və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı
- Hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək
- İngilis dili biliyi minimum B2
Üstünlük hesab olunur
- Power BI, Tableau və digər analitik alətlər üzrə biliklər üstünlükdür
Oxşar elanlar
- Korporativ Audit və Uyğunluq Departamentinin DirektoruMətanət A Şirkətlər Qrupu · Bu gün
- İnsan Resursları üzrə KöməkçiPMD Projects MMC · Bu gün
- HR SpecialistBLACKWELL LLC · Bu gün
- Kredit mütəxəssisiInternational BOKT · Dünən
- Qrup rəhbəriInternational BOKT · Dünən
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Dünən