Məzmuna keçin
Yelo Bank ASC yerləşdirilib

(Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Pul saxlancının əməliyyat gününün əvvəlində açılıb və əməliyyat günün sonunda

bağlanmasında digər məsul şəxslərlə birlikdə iştrak edir;

Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq edir;

Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsini təmin edir;

Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirir;

Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsini həyata keçirir;

Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluqlara tikilməsi və kassa dövriyyə kitabını faktiki nağd vəsait və qiymətlilərlə üzləşdirib düzgün yazılmasını icra edir;

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 6 ay i ş təcrübəsi
  • MS office programlarında sərbəst işləmə bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →