Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
KPI göstəricilərinin izlənilməsi, kənarlaşmaların və trendlərin vaxtında müəyyən edilməsi;
Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və vahid bazada birləşdirilməsi;
Rəqəmlər əsasında təhlillərin aparılması, nəticələrin çıxarılması və qısa, aydın xülasələrin hazırlanması;
Gündəlik, həftəlik və aylıq hesabatların müntəzəm və vaxtında hazırlanması;
Layihələrin icra vəziyyətinin izlənilməsi və mümkün gecikmələr barədə direktorun vaxtında məlumatlandırılması;
Görüşlərin təşkili, protokolların hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi;
Departamentlərarası koordinasiyanın təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, Power Query, şərti formatlama və dinamik cədvəllər);
Power BI proqramı ilə işləmək bacarığı (məlumat modellərinin qurulması, DAX-ın əsasları və interaktiv dashboardların hazırlanması);
PowerPoint proqramında rəhbərlik üçün aydın və vizual təqdimatlar hazırlamaq bacarığı;
SQL üzrə baza biliklərinin olması (verilənlər bazasından məlumatların əldə edilməsi) üstünlükdür;
Layihə idarəetməsinin əsasları (layihə mərhələləri, son icra tarixləri, risklər və məsuliyyət bölgüsü) üzrə biliklər;
Diqqətlilik və dəqiqlik;
Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
Məxfi məlumatlarla işləməkdə etibarlılıq;
Proaktivlik, problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Gərgin iş rejimində və qısa icra müddətləri çərçivəsində işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil;
Analitika, hesabatlıq və ya inzibati dəstək sahəsində ən azı 1–3 il iş təcrübəsi;
ERP sistemləri (Logo Tiger, 1C, SAP və s.) ilə işləmək təcrübəsi üstünlükdür;
Pərakəndə satış və ya FMCG sahəsində iş təcrübəsi üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar elanlar
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 2 gün əvvəl
- Daxili AuditorMSolution · 2 gün əvvəl
- Mühasib operator (LOGO proqramı üzrə)Alumin MMC · 2 gün əvvəl
- HR üzrə mütəxəssisAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu · 2 gün əvvəl
- Proses və Məhsul Uyğunluğu üzrə MütəxəssisMİLLA DAİRY · 2 gün əvvəl
- Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis ("ADY Ekspress" MMC)Azərbaycan Dəmir Yolları · 2 gün əvvəl