(Salyan filialı) Fiziki şəxslərə xidmət üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
- Şəhər
- Salyan
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;
İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;
Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;
Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi;
Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;
Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;
Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;
İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.
Tələblər:
Tələblər
- Ali təhsil
- İş təcrübəsi - qeyd olunan sahə üzrə minimum 1 il
- Ünsiyyət qurmaq və satış bacarığı
- Riyazi biliklər
- Komandada işləmək bacarığı
Oxşar elanlar
- Mikromaliyyələşdirmə üzrə Kiçik Mütəxəssis / Mütəxəssis (Salyan)Unibank Kommersiya Bankı · 7 noyabr 2026
- Kredit İşçisi - SalyanAzərbaycan Mikro Kredit BOKT · 6 noyabr 2026
- Problemli kreditlər üzrə mütəxəssis (Salyan)M Bulak BOKT MMC · 4 noyabr 2026
- Mikromaliyyələşdirmə üzrə Kiçik mütəxəssis (Salyan)Unibank · 23 oktyabr 2026
- Ümumi işlər üzrə könüllü (Quba,Xaçmaz,Salyan,Mingəçevir,Bərdə filialları)Unibank · 22 oktyabr 2026
- Nəqliyyat vasitələrinin rəngsazı (avtomobil rəngsazı)AZ Logistika and Management Services · 3 gün əvvəl