Məktəb Həkimi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Məktəb Həkimi vakansiyasını paylaşır!

İş şəraiti:

  • Məkan: Xankəndi şəhəri
  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Tibb sahəsi üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
  • Tibbi fəaliyyət üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malik olmaq
  • İlk tibbi yardım və təcili müdaxilə üzrə BLS (Basic Life Support) və ya First Aid sertifikatına malik olmaq
  • Məktəb və ya pediatrik sahədə iş təcrübəsi üstünlükdür
  • Tibbi sənədləşmə və qeydiyyat sistemləri ilə işləmək bacarığı
  • Gigiyena, yoluxucu xəstəliklər və profilaktik tədbirlər üzrə biliklər
  • Məsuliyyətli, diqqətli və operativ olmaq

Öhdəliklər:

  • Şagird və əməkdaşlara ilkin tibbi yardım göstərmək
  • Məktəbdə sağlamlıq və gigiyena qaydalarına nəzarət etmək
  • Şagirdlərin sağlamlıq vəziyyətini izləmək və zəruri hallarda valideynləri məlumatlandırmaq
  • Təcili tibbi hallarda operativ müdaxilə etmək
  • Tibbi sənədlərin və qeydiyyatın aparılmasını təmin etmək
  • Məktəbdə istifadə olunan tibbi ləvazimat və dərman vasitələrinə nəzarət etmək
  • Yoluxucu xəstəliklər və profilaktik tədbirlər üzrə maarifləndirmə aparmaq
  • Tibbi otağın daim hazır və səliqəli vəziyyətdə saxlanılmasını təmin etmək
  • Aidiyyəti dövlət qurumları və tibb müəssisələri ilə zəruri koordinasiyanı həyata keçirmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, hr.cv@mtk.edu.az elektron poçt ünvanına CV formalarını “Məktəb Həkimi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.