Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
  • İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikatın olması üstünlükdür.
  • Santexnika sahəsində minimum 2 il iş təcrübəsi.
  • Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə bilik və bacarıqlar.
  • Müxtəlif növ borular, fitinqlər, kranlar, ventillər və digər santexnika avadanlıqları ilə işləmək bacarığı.
  • Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
  • Məsuliyyətli, nizam-intizamlı və komanda ilə işləmək bacarığı.
  • İşləri vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Öhdəliklər:

  • Məktəbin su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirmək.
  • Santexnika avadanlıqlarının, boru xətlərinin, fitinqlərin və digər qurğuların yaxşı vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Aşkar edilmiş nasazlıqları operativ şəkildə aradan qaldırmaq və təkrar yaranmasının qarşısını almaq.
  • Profilaktik baxış və texniki xidmət işlərini müəyyən edilmiş qrafikə uyğun yerinə yetirmək.
  • Tələb olunduqda yeni santexnika avadanlıqlarının quraşdırılmasını və dəyişdirilməsini həyata keçirmək.
  • Görülən işlər zamanı təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət etmək.
  • İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Texniki Təminat və İstismar şöbəsinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Məktəb binasında santexnika sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək.

Biz təklif edirik:

  • Rəqabətə davamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, hr@mtk.edu.az elektron poçt ünvanına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Santexnik” vəzifəsini qeyd etməyiniz xahiş olunur.