İşin təsviri
Honours Academy, Honours Language Institute və Honours Coffee brendlərinin kontent strategiyasını hazırlayacaq və yaradıcı istehsal prosesini yönləndirəcək Content Strategist & Creative Producer axtarırıq. Bu rolda əsas məsuliyyətiniz brendlərin məqsədlərini auditoriyaya uyğun kontent ideyalarına çevirmək, kontentin keyfiyyət və üslub bütövlüyünü qorumaq, çəkilişlərin hazırlığını və yaradıcı icrasını idarə etmək olacaq.
Əsas vəzifələr:
- Marketinq prioritetləri əsasında hər üç brend üçün kontent strategiyası, əsas mövzu istiqamətləri və rubrikalar hazırlamaq;
- SMM mütəxəssisləri ilə birlikdə aylıq kontent planını formalaşdırmaq;
- Ekspert və təhsil məzmunundan gündəlik həyat və əyləncəli formatlara qədər müxtəlif kontent yanaşmaları hazırlamaq;
- Komandanın təklif etdiyi ideyaları auditoriya, brend üslubu və kommunikasiya məqsədi baxımından qiymətləndirmək və inkişaf etdirmək;
- Copywriter ilə birlikdə video konseptlərini, ssenariləri və əsas mesajları işləmək;
- Çəkiliş məkanını, səhnə quruluşunu, rekvizitləri, iştirakçıların görünüşünü və kadr planını müəyyənləşdirmək;
- Çəkilişi həyata keçirən SMM mütəxəssislərini və kamera qarşısındakı iştirakçıları yönləndirmək;
- Motion və qrafik dizaynerlərə aydın yaradıcı briflər təqdim etmək, hazırlanmış materialların konseptə uyğunluğunu yoxlamaq;
- Təkrarlanan kontent formatları üçün çəkiliş və vizual təqdimat standartları yaratmaq;
- SMM və Marketing Lead ilə kontentin nəticələrini təhlil etmək, nəticələrə əsasən mövzu və formatları təkmilləşdirmək.
Namizədə tələblər:
- Kontent strategiyası, kreativ prodüserlik və ya oxşar istiqamətdə praktik təcrübə;
- İdeyadan yayıma qədər kontent hazırlanması prosesini idarə etmək bacarığı;
- TikTok, Instagram, YouTube və LinkedIn platformalarının kontent xüsusiyyətlərini anlamaq;
- Fərqli auditoriya və brendlər üçün uyğun üslub və təqdimat yanaşması seçmək bacarığı;
- Mürəkkəb mövzuları sadə, maraqlı və etibarlı formada təqdim etmək bacarığı;
- Kadr kompozisiyası, işıq, səs, səhnə və vizual hekayəçilik prinsipləri üzrə praktik bilik;
- Azərbaycan dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Komandaya aydın brif vermək, əsaslandırılmış geribildirim təqdim etmək və işləri vaxtında tamamlamaq bacarığı;
- Görülmüş işləri və həmin işlərdə şəxsi rolunu göstərən portfolio.
Üstünlük veriləcək:
- Təhsil və xidmət sektorunda kontent təcrübəsinə;
- Eyni zamanda bir neçə brend üzrə işləmək təcrübəsinə;
- İngilis dilində araşdırma aparmaq bacarığına;
Komandada iş bölgüsü:
- Bu vəzifənin əsas məsuliyyəti strategiya və yaradıcı istehsalın yönləndirilməsidir. Çəkilişləri
- SMM mütəxəssisləri, dizayn və mürəkkəb montaj işlərini isə müvafiq dizaynerlər həyata keçirir.
- Kamera qarşısında ayrıca iştirakçılar yer alır.
- Vəzifə birbaşa Marketing Lead-ə tabedir.
İş qrafiki:
- Həftədə 5 gün: Bazar ertəsi – Cümə;
- İş saatları: 10:00 – 19:00;
- Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.
Əməkhaqqı:
- Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “Content Strategist & Creative Producer” qeyd edərək jobs@honours.academy elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Portfolioda təqdim etdiyiniz layihələrdə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.