SMM Specialist — Honours Language Institute, Honours Coffee & Honours Academy TikTok

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Honours Language Institute və Honours Coffee-nin sosial media hesablarını, həmçinin Honours Academy-nin TikTok səhifəsini idarə edəcək SMM mütəxəssisi axtarırıq. Bu rolda əsas məsuliyyətiniz brendlərin gündəlik həyatını, insanlarını və xidmətlərini təbii, maraqlı və auditoriyaya uyğun kontentə çevirmək olacaq.

Əsas vəzifələr:

  • Kontent strategiyasına uyğun aylıq paylaşım planı hazırlamaq və icra etmək;
  • Sosial media trendlərini izləmək, brendlərə uyğun ideya və formatlar təklif etmək;
  • Tələbə həyatı, dil öyrənmə, coffee mədəniyyəti, gündəlik səhnələr və sadə maarifləndirici mövzular üzrə kontent hazırlamaq;
  • Content Strategist & Creative Producer ilə ideyaları inkişaf etdirmək, təsdiqlənmiş məkan, səhnə və kadr planına uyğun çəkilişləri həyata keçirmək;
  • Telefonla keyfiyyətli şaquli videolar çəkmək, işıq, səs və kadr kompozisiyasına diqqət etmək;
  • CapCut və ya oxşar alətlərlə videoları montaj etmək, subtitr, musiqi və uyğun vizual elementlər əlavə etmək;
  • Copywriter ilə əməkdaşlıq edərək paylaşım mətnlərini hazırlamaq;
  • Story, Reels, TikTok və digər uyğun formatların hazırlanmasını və paylaşılmasını təmin etmək;
  • Hazırlanan kontentin digər brend kanallarında istifadəsi üçün komanda ilə koordinasiya qurmaq;
  • Baxış, izlənmə müddəti, paylaşım, yadda saxlama və digər uyğun göstəriciləri izləmək, nəticələr əsasında təkliflər vermək;

Namizədə tələblər:

  • Sosial media hesablarının idarə edilməsi və qısa video hazırlanması üzrə praktik təcrübə;
  • TikTok və Instagram formatlarını, auditoriya davranışını və platformalara uyğun təqdimat üslubunu anlamaq;
  • Gündəlik situasiyalardan maraqlı kontent ideyaları çıxarmaq bacarığı;
  • Telefonla çəkiliş və CapCut və ya oxşar proqramlarda montaj bacarığı;
  • Videonun ilk saniyələrində maraq yaratmaq, hadisəni aydın çatdırmaq və izləmə tempini qorumaq bacarığı;
  • Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət;
  • Brendin üslubunu qoruyaraq təbii və əyləncəli kontent hazırlamaq bacarığı;
  • Planlı işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək;
  • Şəxsi rolunu göstərən video nümunələri və ya portfolio.

Üstünlük veriləcək:

  • Təhsil, dil tədrisi və ya qida-içki sektorunda kontent təcrübəsinə;
  • İngilis dili biliyinə;
  • Eyni zamanda bir neçə sosial media hesabı ilə işləmək təcrübəsinə;
  • ClickUp və ya oxşar layihə idarəetmə alətlərindən istifadə bacarığına.

Komandada iş bölgüsü:

  • Kontent strategiyası və çəkilişin yaradıcı istiqaməti Content Strategist & Creative Producer ilə birlikdə müəyyən edilir. SMM mütəxəssisi çəkilişi və sadə montajı həyata keçirir; mürəkkəb dizayn və montaj işlərində dizaynerlərin dəstəyindən istifadə edir.
  • Kamera qarşısında ayrıca iştirakçılar yer alır. DM və şərhlərin cavablandırılması satış komandası tərəfindən həyata keçirilir.
  • Vəzifə birbaşa Marketing Lead-ə tabedir.

İş qrafiki:

  • Həftədə 5 iş günü və 2 istirahət günü;
  • Əsas iş saatları: 10:00–19:00;
  • İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda istirahət günləri həftəiçinə təyin edilir;
  • Çəkiliş və tədbirlərin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “SMM Specialist — Lifestyle & TikTok” qeyd edərək jobs@honours.academy elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Portfolioda təqdim etdiyiniz işlərdə ideya, çəkiliş, montaj və hesab idarəçiliyi üzrə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.