İşin təsviri
Təsvir
- Şöbənin fəaliyyətinin təşkili, fəaliyyət planlarının hazırlanması və tapşırıqların vaxtında, keyfiyyətli icrasının təmin edilməsi;
- Şöbənin Agentliyin iclaslarında, tədbirlərində və işgüzar görüşlərdə təmsil edilməsi;
- İş bölgüsünün aparılması, tapşırıqların icra müddətlərinin müəyyən edilməsi, əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi və intizama nəzarət;
- Əməkdaşlara metodiki dəstəyin göstərilməsi, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafının təmin edilməsi;
- Şöbənin və əməkdaşların peşəkarlığının artırılması üzrə inkişaf tədbirlərinin təşkili və təkliflərin hazırlanması;
- Agentliyin məhkəmələrdə hüquq və qanuni mənafelərinin müdafiəsi, prosessual sənədlərin və məhkəmə qərarlarının icrasının hüquqi təminatına nəzarət;
- Rəqəmsallaşma, innovasiya, mülki, maliyyə, vergi, əmək, dövlət satınalmaları və digər sahələr üzrə qanunvericiliyin təhlili, tətbiqinə nəzarət və hüquqi risklərin qiymətləndirilməsi;
- Dövlət və özəl qurumlarla hüquqi məsələlər üzrə əməkdaşlığın, işgüzar yazışmaların və hüquqi rəylərin hazırlanmasının təmin edilməsi;
- Korporativ hüquqi sənədlərin hazırlanması, ekspertizası, razılaşdırılması və sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Agentlik daxilində qanunvericiliyə və daxili normativ aktlara uyğunluq üzrə hüquqi dəstəyin göstərilməsi;
- Komissiya və işçi qruplarının fəaliyyətində iştirak edilməsi;
- Xidməti məlumatların, dövlət, kommersiya sirrinin və konfidensial məlumatların qorunmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən və fəaliyyət istiqamətinə uyğun digər tapşırıqların qanunvericiliyin tələblərinə uyğun icra edilməsi.
Tələblər
- Hüquq sahəsi üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 5 il iş stajı və minimum 2 il idarəçilik təcrübəsi;
- Azərbaycan Respublikasının əsas qanunvericilik aktlarını, o cümlədən Konstitusiya, Mülki, Əmək, Mülki Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual məcəllələri və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun əsaslarını bilmək;
- Azərbaycan dilində səlis hüquqi yazılı və şifahi ünsiyyət, İngilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Müvafiq normativ hüquqi aktlardan və təlimat-metodik sənədlərdən istifadə etmək bacarığı;
- Korporativ idarəetmə və etik davranış qaydaları üzrə biliklər;
- Korporativ hüquq və müqavilələrlə, o cümlədən müqavilə layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi üzrə təcrübə;
- Yüksək idarəetmə, liderlik, təşkilatçılıq, təqdimat və komanda ilə işləmək bacarıqları;
- Hüquqi problemləri müəyyənləşdirmək, təhlil etmək və effektiv həll yolları hazırlamaq bacarığı;
- Analitik düşüncə, dəqiqlik və detallara diqqət;
- Yüksək hüquqi nitq və yazışma bacarığı;
- Danışıqlar aparmaq və effektiv qərar qəbul etmək bacarığı;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- İşə yaradıcı və təşəbbüskar yanaşma, yeni ideyalar irəli sürmək və onları təşviq etmək bacarığı;
- İşgüzarlıq, məsuliyyətlilik və təşəbbüskarlıq.