İşin təsviri
- Data keyfiyyəti standartlarının, qaydalarının və göstəricilərinin (KPI/metrics) müəyyən edilməsi və qiymətləndirilməsi
- Müxtəlif mənbələrdən daxil olan məlumatların keyfiyyət auditinin aparılması
- Data keyfiyyəti problemlərinin aşkarlanması, kök səbəblərinin təhlili və aradan qaldırılması üçün tövsiyələrin verilməsi
- Data aktivlərinin keyfiyyəti ilə bağlı hesabatlar hazırlanması
- Struktur bölmələr və IT komandaları ilə əməkdaşlıq edərək məlumat təmizləmə proseslərinin qurulması
- Yeni məlumat mənbələrinin inteqrasiyası zamanı keyfiyyət yoxlamalarının aparılması
- Data keyfiyyəti sahəsində ən yaxşı təcrübələrin və beynəlxalq standartların (“DAMA-DMBOK”, “ISO 8000” və s.) öyrənilməsi və tətbiqi
- Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dürüstlüyü, bütövlüyü, dəqiqliyi üzrə qiymətləndirmələr və təhlillər aparılması, çatışmazlıqların müəyyənləşdirilməsi, həll təkliflərinin formalaşdırılması və hesabatın hazırlanması
- Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dairəsinin və uyğunsuzluqların müəyyən edilməsi, habelə uyğunsuzluqlarının aradan qaldırılması və məlumat səhvləri ilə bağlı müraciətlərin sayının azaldılmasının monitorinq edilməsi
Tələblər
- Ali təhsil (İnformatika, Statistika, Riyaziyyat və ya oxşar sahə)
- Data keyfiyyəti, data analitikası və ya data idarəçiliyi sahəsində minimum 5+ illik iş təcrübəsi
- SQL üzrə güclü bilik; OpenMetadata və Python kimi vasitələrlə iş təcrübəsi arzuolunandır
- Data profilləşdirmə (data profiling) və data təmizləmə vasitələri ilə işləmə bacarığı
- Excel/Power BI/Tableau/Superset kimi hesabatlıq alətlərində təcrübə
- Analitik təfəkkür və detallara diqqət etmə
- Təşkilat daxilində və xaricindəki maraqlı tərəflər ilə işləmək bacarığı
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı
- Data idarəçiliyi və ya data keyfiyyəti üzrə beynəlxalq sertifikatlar (CDMP, ISO 8000 və s.) üstünlük təşkil edir