Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
ATB Bank yerləşdirilib

(Gəncə, Şirvan) Kiçik və Orta Biznes kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

Şəhər
Gəncə
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Bank Vakansiya vakansiyaları →

Vakansiya haqqında

  • Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək;
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi;
  • Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək;
  • Mövcud müştərilərdən “İnternet Bankçılıq”, Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək;
  • Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq;
  • Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək;
  • Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Bank, maliyyə və ya əlaqəli sahələrdə satış təcrübəsinin olması üstünlükdür;
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq, biznes ehtiyaclarını müəyyən etmək və uyğun həllər təqdim etmək bacarığı;
  • Aktiv müştəri axtarışı (cold calling, görüşlərin təşkili, sahə ziyarətləri) bacarığı;
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək.

Əlavə məlumat

  • Təcrübə: 1-2 il
  • Vəzifə səviyyəsi: Mütəxəssis
  • Təhsil: Bakalavr