Məzmuna keçin
ATB Bank yerləşdirilib

Testləşmə və keyfiyyətə nəzarət üzrə aparıcı / baş mütəxəssis (Lead/Senior QA Engineer)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Biznes və texniki tələbləri təhlil etmək və boşluqları erkən mərhələdə müəyyən etmək;

Məhsullar və relizlər üçün test strategiyasını və test planlarını müəyyən etmək;

Web, mobil və API üçün test case-ləri və çek-listləri hazırlamaq, yeniləmək və icra etmək;

Funksional, reqressiya, inteqrasiya və smoke testlərini aparmaq;

Mürəkkəb və yüksək riskli funksionallıqların (ödənişlər, kart prosessinqi, core banking inteqrasiyaları) testinə rəhbərlik etmək;

REST/SOAP API-ləri test etmək və SQL vasitəsilə verilənlər bazasındakı məlumatları yoxlamaq;

Avtomatlaşdırılmış testlər (UI və API) hazırlamaq və onları CI/CD pipeline-larına inteqrasiya etmək;

Xarici sistemlərlə (core banking, kart prosessinqi, ödəniş gateway-ləri, dövlət xidmətləri) inteqrasiya testləri aparmaq;

Qeyri-funksional testləri (performans, əsas təhlükəsizlik yoxlamaları) əlaqələndirmək və icra etmək;

Defektləri aydın reproduksiya addımları ilə qeydə almaq, izləmək və yoxlamaq;

Biznes tərəfdaşlarla UAT-ı və istehsal mühitinə reliz hazırlığını dəstəkləmək;

Junior komanda üzvlərinə mentorluq etmək və QA proseslərinin təkmilləşdirilməsinə töhfə vermək;

Agile/Scrum komandasında developerlər, biznes analitiklər və məhsul sahibləri ilə sıx əməkdaşlıq etmək.

Tələblər

  • Proqram təminatının testi sahəsində 1–5 il iş təcrübəsi (Aparıcı: 1–3 il, Baş: 3–5 il)
  • Test nəzəriyyəsi, test dizayn texnikaları (sərhəd qiymətlərin təhlili, ekvivalentlik siniflərinə bölmə, qərar cədvəlləri) və SDLC/STLC üzrə dərin bilik
  • Postman, SoapUI və ya digər oxşar alətlərlə API testi (REST, SOAP) üzrə güclü təcrübə
  • SQL üzrə yaxşı bilik və Oracle, PostgreSQL və ya MS SQL ilə iş təcrübəsi
  • Web və mobil tətbiqlərin (iOS/Android) testi üzrə təcrübə
  • Client-server və mikroservis arxitekturası, HTTP, JSON/XML haqqında anlayış
  • Test avtomatlaşdırması üzrə praktiki təcrübə (Selenium, Playwright, Appium və ya Rest Assured ilə Java/Kotlin/Python/TypeScript)
  • CI/CD alətləri (Jenkins, GitLab CI, GitHub Actions) və Git üzrə iş təcrübəsi
  • Jira, Confluence və test idarəetmə alətlərindən (TestRail, Zephyr, Xray) istifadə təcrübəsi
  • İngilis dili biliyi Intermediate və ya daha yüksək səviyyədə (Senior üçün Upper-Intermediate)
  • Bank sahəsində təcrübə: core banking sistemləri, kart prosessinqi, ödənişlər (SWIFT, ISO 20022
  • Performans testi üzrə təcrübə (JMeter

Üstünlük hesab olunur

  • Yerli ani ödəniş sistemləri) (üstünlükdür)
  • Tənzimləyici və təhlükəsizlik standartları (PCI DSS, OWASP, AML/KYC prosesləri) üzrə bilik (üstünlükdür)
  • Mesaj brokerləri (Kafka, RabbitMQ) və loqlama/monitorinq alətləri (Kibana, Grafana) ilə iş təcrübəsi (üstünlükdür)
  • Gatling, k6) (üstünlükdür)
  • Docker, Kubernetes və test mühitlərinin idarə edilməsi üzrə təcrübə (üstünlükdür)
  • Test strategiyalarının qurulması və digər QA mühəndislərinə mentorluq təcrübəsi (üstünlükdür)
  • ISTQB sertifikatı (üstünlükdür)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →