İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerləşdirilib
IT Governance üzrə aparıcı mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Oxşar aktiv elanlar
- İnformasiya Təhlükəsizliyi Departamenti Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsi – Mühəndis (L2)ATB Bank · 28 oktyabr 2026
- İT BA üzrə baş mütəxəssisPASHA Insurance · 28 oktyabr 2026
- Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsiAzərbaycan Hava Yolları (AZAL) · 27 oktyabr 2026
- İT biznes analitikMars Overseas Baku · 27 oktyabr 2026
- Senior İT auditorİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 26 oktyabr 2026
- İT texnik (kameralar üzrə)Kristal · 26 oktyabr 2026
Vakansiya haqqında
- Dövlət qurumlarında İT idarəetməsi, rəqəmsal transformasiya və informasiya sistemləri üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi;
- Qiymətləndirmə nəticələri əsasında çatışmazlıqların və risklərin müəyyən edilməsi, təkmilləşdirmə üzrə tövsiyələrin hazırlanması;
- Tövsiyələr və təkmilləşdirmə tədbirlərinin icra vəziyyətinin monitorinqi və nəticələr üzrə hesabatlılığın təmin edilməsi;
- Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası və rəqəmsal yetkinlik göstəricilərinin qiymətləndirilməsi;
- Qiymətləndirmə və diaqnostika nəticələri üzrə analitik hesabatların, təqdimatların və fəaliyyət planlarının hazırlanması;
- Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirilməsi;
- Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi;
- İT sahəsində tətbiq edilən siyasət, prosedur, standart və digər idarəetmə sənədlərinin təhlili, habelə hazırlanması;
- Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması, habelə istifadəçi təcrübəsinin qiymətləndirilməsi.
- Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi;
- Beynəlxalq standartlar və qabaqcıl təcrübələr əsasında qiymətləndirmə metodologiyalarının və meyarlarının hazırlanması və təkmilləşdirilməsi;
- Dövlət qurumları ilə görüşlərin və müzakirələrin keçirilməsi, təqdim edilən məlumatların və təsdiqedici sənədlərin təhlil edilmədi;
- Hesabatlılığın təmin edilməsi;
- Digər zəruri tapşırıqlar üzrə müvafiq araşdırmaların aparılması.
Tələblər
- İT idarəetməsi, İT auditi, İT risklərinin idarə edilməsi və ya informasiya sistemlərinin qiymətləndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı;
- Rəqəmsal transformasiya, İT strategiyası və rəqəmsal yetkinliyin qiymətləndirilməsi yanaşmaları üzrə biliklər;
- Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı;
- Biznes proseslərinin təhlili, modelləşdirilməsi və avtomatlaşdırılması üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi, ehtiyat nüsxələmə, fəlakətdən bərpa və fəaliyyətin fasiləsizliyi prinsipləri üzrə biliklər;
- İT risklərinin qiymətləndirilməsi, daxili nəzarət mexanizmləri və uyğunluq tələbləri üzrə biliklər;
- İT xidmətlərinin, dəyişikliklərin, insidentlərin və İT aktivlərinin idarə edilməsi prosesləri üzrə biliklər;
- İnformasiya sistemlərinin arxitekturası, verilənlər bazaları, API, sistemlərarası inteqrasiya və bulud texnologiyaları üzrə texniki biliklər;
- COBIT, ITIL, ISO/IEC 38500, ISO/IEC 27001 və ISO 31000 standartları və çərçivələri üzrə biliklər;
- Elektron xidmətlər üzrə istifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı;
- Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti və Elektron sənəd dövriyyəsi sistemindən istifadə təcrübəsi;
- MS Excel, PowerPoint və digər ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Analitik təhlil, qiymətləndirmə hesabatlarının hazırlanması və əsaslandırılmış tövsiyələrin formalaşdırılması bacarığı;
- Proaktivlik və müstəqil işləmə qabiliyyəti.
Əlavə məlumat
- Təcrübə: 1-2 il