İşin təsviri
- Beynəlxalq İKT ixrac potensialını və ölkənin qlobal texnoloji mövqeyini gücləndirməyə yönəlmiş beynəlxalq media ilə əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Agentliyin beynəlxalq PR siyasətinin innovasiya ekosisteminin təşviqi və rəqəmsal ixrac hədəflərinə uyğunlaşdırılması;
- Beynəlxalq texnologiya, B2B biznes və investisiya yönümlü media nümayəndələri , jurnalistlər və aparıcı media qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Beynəlxalq jurnalistlərin qurum, Azərbaycanın rəqəmsal tranzit potensialı, yerli startap ekosistemi və qlobal səviyyəli İKT layihələri barədə məlumatlandırılması və onlarla daimi ünsiyyətin saxlanılması;
- İngilis və digər xarici dillərdə xarici auditoriya (investorlar, texnoloji tərəfdaşlar, qlobal istehlakçılar) üçün press-relizlərin, məqalələrin, “case study”-lərin və çıxış nitqlərinin hazırlanması;
- Agentliyin beynəlxalq media üçün nəzərdə tutulan mesajlarının, xüsusilə İKT ixracı və rəqəmsal transformasiya ilə bağlı məlumatların dəqiq və strateji şəkildə çatdırılmasına nəzarət edilməsi;
- Beynəlxalq səviyyədə böhran vəziyyətlərində kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsi;
- Xarici media ilə böhran dövründə düzgün və effektiv ünsiyyətin qurulmasının təmin edilməsi;
- Beynəlxalq media nəşrlərinin və onlayn platformalarda ölkənin İKT sektoru və qurum haqqında yayımlanan məlumatların monitorinqi;
- Xarici PR agentlikləri və ixtisaslaşmış texnoloji media qurumları ilə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə edilməsi;
- Beynəlxalq media agentlikləri ilə müqavilələrin bağlanması və tərəfdaşlıq əlaqələrinin idarə olunması.
Tələblər
- Jurnalistika, ictimaiyyətlə əlaqələr, media, beynəlxalq əlaqələr və ya əlaqəli sahə üzrə minimum 5 il iş stajı;
- Texnologiya, İKT, rəqəmsal inkişaf və ya startap ekosistemi sahələrində beynəlxalq PR təcrübəsinin olması ciddi üstünlükdür;
- Qlobal media mühiti, beynəlxalq KİV strukturları və texnoloji/biznes kommunikasiya metodları haqqında geniş biliklərə sahib olması;
- Beynəlxalq təşkilatlar, qlobal texnologiya korporasiyaları və ya İKT yönümlü dövlət/özəl qurumlarda PR sahəsində təcrübə üstünlükdür;
- Mürəkkəb texnoloji və innovativ həlləri xarici hədəf auditoriya və investorlar üçün anlaşıqlı və cəlbedici məzmunlara çevirmək bacarığı;
- Azərbaycan dili – sərbəst yazı və ünsiyyət bacarığı üstünlükdür, İngilis dili biliyi – mükəmməl yazılı və şifahi səviyyədə, Rus dili – yaxşı yazılı və şifahi səviyyədə biliyə sahib olması;
- Qlobal media qurumları (xüsusilə biznes və texnologiya mediası) və beynəlxalq jurnalistlər ilə iş təcrübəsi;
- Effektiv ünsiyyət bacarıqları, Kreativ və analitik düşüncə;
- Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
- Konfliktlərin idarəolunması və böhran idarəetmə bacarığı;
- Komandayönümlülük və tərəfdaşlıq;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət.