İşin təsviri
Təsvir
- Qamma şüalandırma qurğusunun və sistemlərinin idarə edilməsi və monitorinqinin aparılması;
- Qurğunun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müntəzəm texniki baxışların və texniki xidmət tədbirlərinin həyata keçirilməsi;
- Dozimetrik sistemlərin və ölçmə cihazlarının idarə olunması və monitorinqinin təmin edilməsi;
- Daxil olan məhsulların qəbul edilməsi, yüklənməsi və boşaldılması proseslərinin icrası;
- Radiasiyaya məruz qalma risklərinin minimuma endirilməsi üçün təhlükəsizlik protokollarının və prosedurlarının tətbiqi.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə 1–3 il iş təcrübəsi (arzuolunandır);
- Radiasiya təhlükəsizliyi protokolları və qaydaları üzrə biliklər (arzuolunandır);
- Qamma şüalandırmada istifadə olunan dozimetriya sistemləri üzrə biliklər və onlardan istifadə bacarığı (arzuolunandır);
- Proqram təminatı üzrə bacarıqlar;
- Azərbaycan dilində səlis danışıq bacarığı (ingilis və rus dilləri arzuolunandır);
- Radiasiya texnologiyaları ilə iş təcrübəsi arzuolunandır;
- Tapşırıqların vaxtında və keyfiyyətli icra edilməsi.