İşin təsviri
Təsvir
- Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək;
- Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək;
- Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək;
- Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək;
- Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək;
- Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək;
- Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;
- Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər
- Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə);
- Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi;
- Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq zəruridir;
- MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək;
- Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır;
- Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq;
- Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq;
- Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı;
- Operativlik və doğru qərarvermə bacarığı;
- Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.