Rəqəmsal xidmətlərin kommersiyalaşdırılması və sahibkarlıq subyektləri ilə iş üzrə baş mütəxəss

İşin təsviri

  • Agentliyin mövcud rəqəmsal xidmət və məhsulları üzrə kommersiya fəaliyyətini inkişaf etdirmək, onların tətbiq dairəsinin, istifadə səviyyəsinin və gəlir imkanlarının artırılması istiqamətində tədbirlər görmək.
  • Rəqəmsal xidmət və məhsullar üzrə yeni biznes imkanlarını müəyyən etmək, kommersiya strategiyası, biznes model və tətbiq mexanizmləri hazırlamaq, onların icrasını aidiyyəti struktur bölmələrlə birlikdə təmin etmək.
  • Beynəlxalq təcrübə nəzərə alınmaqla Agentliyin xidmət və məhsulları üzrə xidmət haqqı siyasəti hazırlamaq.
  • Rəqəmsal xidmət və məhsulların tərəfdaşlara təqdimatı və tətbiqinin genişləndirilməsi üçün təqdimat, təklif, izah və digər iş materialları hazırlamaq, görülən işlər və nəticələr üzrə hesabatlılığı təmin etmək.
  • Sahibkarlıq subyektləri ilə işlərin təşkili və koordinasiyasını həyata keçirmək.
  • Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin artırılması üçün əməli və metodiki dəstəyin göstərilməsi üçün fəaliyyət planın hazırlanması və icrasına nəzarət etmək.

Tələblər

  • Biznesin idarəedilməsi, iqtisadiyyat, maliyyə, kommersiya və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Rəqəmsal məhsulların kommersiyalaşdırılması və biznes inkişafı sahəsində ən azı 5 illik təcrübə.
  • PMP sertifikatı olan və CFA Level I imtahanını uğurla tamamlamış namizədlərə üstünlük veriləcəkdir.
  • MS Office (PowerPoint, Excel) proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
  • Kommersiya yönümlü rəqəmsal xidmətlər və fintech/govtech həlləri üzrə biznes modellərinin formalaşdırılması və gəlir imkanlarının artırılması istiqamətində dərin bilik və praktiki təcrübə.
  • Biznes model, iqtisadi əsaslandırma, maliyyə hesablamaları, xidmət haqqı/tarif yanaşması, təqdimat və təklif sənədləri hazırlamaq bacarığı.
  • Dövlət sektorunda və ya dövlət qurumları ilə iş təcrübəsi, rəsmi yazışma və sənəd dövriyyəsi qaydaları, eləcə də fəaliyyət planları, sərəncam və fərmanlardan irəli gələn tapşırıqların icrası üzrə bilik və bacarıqlar.
  • Dövlət qurumları, sahibkarlıq subyektləri və digər tərəfdaşlarla işgüzar kommunikasiya, danışıqlar və koordinasiya aparmaq bacarığı.
  • Sahibkarlıq subyektləri, xüsusilə kiçik və orta bizneslərlə iş təcrübəsi.
  • Layihə idarəetməsi üzrə praktiki bilik və bacarıqlar, layihələrin planlaşdırılması, koordinasiyası, icra vəziyyətinin izlənilməsi və nəticələrin hesabatlılığının təmin edilməsi üzrə təcrübə;
  • Analitik düşüncə, nəticəyönümlülük, təşəbbüskarlıq, layihə koordinasiyası və müxtəlif tərəflərlə paralel işləmək bacarığı.
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi kommunikasiya bacarığı vacibdir.