Mühasib (tikinti üzrə)

Bu gün
1200 - 1500
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması, təqdim edilməsi;
  • Alış və satış, bank, kassa, əməkhaqqı hesablanması və digər əməliyyatların 1C mühasibat proqramına daxil edilməsi;
  • Bank və kassa əməliyyatlarının uçotu;
  • Əməkhaqqı, mükafat və digər ödənişlərin hesablanması;
  • Nağd pul axını, debitor və kreditor borclarının və xərc mühasibatının izlənilməsi;
  • Xammal və materialların eləcə də hazır məhsulun hərəkətinin uçotu;
  • Yük gömrük bəyannamələrinin işlənilməsi;
  • E-qaimələrin və müqavilələrin tərtib edilməsi;
  • Ödəniş və bank sənədlərinin tərtib edilməsi.

Vəzifə ilə bağlı tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
  • Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi (tikinti və kommunal sahədə olması üstünlükdür);
  • MS Office və 1C 8.3 ERP proqramlarından istifadə bacarıqları;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;

Əlavə məlumat

  • Əməkhaqqı: 1200 – 1500 AZN
  • İş rejimi: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət günləridir).
  • İş saatları: 09:00-18:00
  • İş yeri: “Melissa Group” MMC (Baş ofis)

Uyğun namizədlər CV-lərini hr@melissagroup.az elektron poçt ünvanına “Mühasib (tikinti üzrə)” başlığı ilə göndərə bilər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.