İşin təsviri
- Həftəlik proqram əsasında, qrafikə uyğun olaraq proqram, film və layihələrin anonslarını tələb olunan konsepsiyada hazırlamaq;
- Audiovizual məhsul üzərində işləyərkən “Televiziya yayımı haqqında” qanunun tələblərinə riayət etmək;
- Film anonsları faylının adında filmin adı ilə yanaşı yaş kateqoriyasını qeyd etmək;
- Bayram və xüsusi günlər üçün nəzərdə tutulmuş videoçarxları hazırlamaq;
- Şirkətə göndərlən sosial çarxlar, reklam çarx və bantlarını efirin tələblərinə uyğun formata salmaq;
- Video çarxlarda səs və görüntünün efirin tələblərinə uyğun olmasını təmin etmək;
- Kadrın kompozisiyasını qurmaq, rənginin və istifadə olunan kadrların kefiyyətinin yüksək olmasına nəzarət etmək.
Tələblər
- Qrafik dizayner, Rəqəmsal dizayn sahələrində biliklər;
- Adobe After Effect, 3Ds, 3Ds MAX, Cinema 4D, Blender, Illustrator, Photoshop, Adobe Premiere proqramlarında işləmə bacarığı;
- Unikal, maraqlı və cəlbedici dizaynlar yarada bilmə bacarığı;
- Detallara diqqətli yanaşmaq;
- Tənqidi qəbul etmə bacarığı;
- Geniş yaradıcılıq layihələri ilə iş portfeli.