İnzibati İdarəetmə Departamentinin Satınalma və Təchizat Şöbəsinin Mütəxəssisi

İşin təsviri

Satınalma üzrə kiçik mütəxəssis satınalma proseslərinin planlanması, təşkili və icrasında iştirak edərək şirkətin ehtiyaclarının vaxtında və optimal şərtlərlə qarşılanmasına dəstək göstərir. Bu rol təchizatçıların araşdırılması, qiymət təkliflərinin müqayisəli təhlili, tender və sorğu proseslərinin idarə olunması, həmçinin müqavilələrin hazırlanması və icrasının izlənilməsini əhatə edir.

Tələblər

  • Satınalma sahəsində minimum 2-3 il iş təcrübəsinə
  • Tenderlərin, sorğuların, müqavilələrin və təchizatçı münasibətlərinin idarə edilməsində təcrübəyə
  • ERP və ya satınalma sistemləri ilə işləmə təcrübəsinə (üstünlükdür)
  • Biznesin idarə edilməsi, maliyyə, təchizat zəncirinin idarəedilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsilə
  • CIPS və ya digər peşəkar satınalma sertifikatlarına sahib olmağa
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığına
  • Analitik düşüncə və problem həll etmə bacarığına
  • Satınalma prosedurları və bazar araşdırmaları üzrə biliklərə
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığına
  • Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığına
  • Rus dili biliyinə (üstünlükdür)
  • SAP, SAP Ariba və ya digər elektron satınalma platformaları ilə işləmə təcrübəsinə
Öhdəliklər
  • Satınalma proseslərinin təşkilində və icrasında iştirak etmək, satınalma layihələrinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək.
  • Təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlillərin aparılmasını həyata keçirmək.
  • Satınalma prosedurlarına uyğun olaraq tender, sorğu və digər satınalma proseslərini idarə etmək.
  • Təchizatçılarla danışıqlar aparmaq, müqavilələrin hazırlanması və icrasına nəzarət etmək.
  • Daxili sifarişçilərlə əməkdaşlıq edərək satınalma ehtiyaclarını müəyyənləşdirmək və uyğun həllər təqdim etmək.
  • İllik Satınalma Planının icrasında iştirak etmək və aidiyyəti satınalma fəaliyyətlərinin plana uyğun həyata keçirilməsini təmin etmək.
  • Təchizatçıların fəaliyyətini izləmək, xidmət və məhsul keyfiyyətinin qiymətləndirilməsində iştirak etmək.
  • Satınalma fəaliyyətlərinin daxili siyasətlərə, prosedurlara və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etmək.
  • Satınalma fəaliyyəti üzrə hesabatlar, təhlillər və təqdimatlar hazırlamaq.
  • Satınalma proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və yeni alətlərin tətbiqində iştirak etmək.
Təklif olunanlar
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
Haqqımızda

Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.

Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.

Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.

Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.

Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.