İşin təsviri
Vakansiya haqqında
Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandamıza qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.
Tələblər
- Kredit müraciətləri üzrə sənədlərin toplanması və sistemləşdirilməsində dəstək göstərmək;
- Maliyyə və qeyri-maliyyə məlumatlarının emalında iştirak etmək;
- Maliyyə hesabatlarının ilkin yoxlanılmasına kömək etmək;
- Maliyyə göstəricilərinin hesablanmasında və təhlil cədvəllərinin hazırlanmasında dəstək olmaq;
- Müştərilər üzrə açıq mənbələrdən ilkin araşdırmalar aparmaq;
- Kredit rəyləri və komitə materiallarının hazırlanmasına kömək etmək;
- Daxili qayda və prosedurlara, məxfilik tələblərinə riayət etmək;
- Rəhbər əməkdaşın verdiyi digər tapşırıqları yerinə yetirmək.
Öhdəliklər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisas üzrə son kurs tələbəsi və ya ali təhsilli;
- Maliyyə hesabatları (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti hesabatı) haqqında baza bilikləri;
- Maliyyə və iqtisadi göstəricilərlə işləməyə maraq;
- Analitik düşünmə və öyrənməyə həvəs;
- Araşdırma aparmaq və məlumatları təhlil etmək bacarığı;
- Microsoft Office proqramlarında, xüsusilə Excel və Word-də baza səviyyəsində işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini maliyyə terminlərini oxuya biləcək səviyyədə bilmək;
- ACCA FA (F3) və ya bu istiqamətdə təhsilin olması üstünlükdür;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit[
Haqqımızda
Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.
Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.
Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.
Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.
Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.