Məzmuna keçin
Kartaş LTD (Mr.Fix) yerləşdirilib

Elektrik - Çilingər

Şəhər
Xırdalan
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

Bölmə: Təmir və baxım

İş yeri: Xırdalan, Bakı

İş rejimi: Həftədə 6 gün (bazar günü istirahət)

Vakant yer: 1 nəfər

Vəzifə öhdəlikləri:

İstehsalat avadanlıqlarının, nasos və klapan sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək

Elektrik xətləri, idarəetmə panelləri, mühərriklər, sensor və avtomatika elementlərinin sazlığına nəzarət etmək

Elektrik və mexaniki nasazlıqları operativ aşkar edib aradan qaldırmaq

Planlı profilaktik təmir-baxım (PPR) işlərini vaxtında aparmaq, ehtiyat hissələrini dəyişmək

Texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək

Tələblər

  • Sahə üzrə 3–5 il iş təcrübəsi
  • Sənaye elektrik avadanlıqlarını, elektrik sxemlərini, tezlik çeviricilərini (inverter) və idarəetmə şkaflarını bilmək
  • Multimetr, meqometr kimi ölçü-nəzarət cihazlarından və çilingər alətlərindən peşəkar istifadə etmək
  • Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və 1000 V-a qədər elektrik qurğularında iş qaydalarını bilmək
  • Məsuliyyətli və diqqətli olmaq, nasazlıqları tez həll edə bilmək, komandada intizamla işləmək

Üstünlük hesab olunur

  • İstehsalat müəssisəsində iş təcrübəsi
  • Elektrik təhlükəsizliyi üzrə buraxılış vəsiqəsi (qrupu)

Oxşar elanlar

Bütün Xırdalan vakansiyaları →