Məzmuna keçin
Kartaş LTD (Mr.Fix) yerləşdirilib

Layihələr üzrə satış təmsilçisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Öhdəliklər:

Korporativ satış üzrə bazar araşdırmalarının aparılması, yeni əməkdaşlıqların qurulması və mövcud müştərilərə satışın həyata keçirilməsi;

Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;

Potensial müştərilərlə görüşlərin keçirilməsi, danışıqların aparılması və onların müqavilə əsasında əməkdaşlığa cəlb edilməsi;

Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin vaxtında təqdim olunması;

Rayonlarda layihəsi olan müştərilərin layihələrinin yerində ziyarət edilməsi;

Müştərilərin şirkətin məhsul və xidmətləri ilə tanış edilməsi;

Daxil olan sorğuların vaxtında və dəqiq cavablandırılması;

Sifarişlərin çatdırılma prosesinə nəzarət edilməsi;

Ödənişlərin izlənilməsi, gecikən ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və debitor borcların yığılması;

Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi;

Satış səmərəliliyinin təhlil edilməsi və onun artırılması üçün təkliflərin hazırlanması;

Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;

Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadə edilməsi;

Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.

İş şəraiti:

İş qrafiki: bazar ertəsi – şənbə;

İş yeri: Bakı şəhəri;

Əmək haqqı + satış bonusu;

Azərbaycan RespublikasıR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;

Məhsul və xidmətlər üzrə təlimlər;

Özəl tibbi sığorta.

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-poçtun mövzu hissəsində “Layihələr üzrə satış təmsilçisi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Tələblər

  • Ali təhsil
  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması
  • B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər
  • Uğurlu şəxsi satış təcrübəsi
  • Yüksək danışıq və təqdimat bacarıqları
  • Fərdi və komanda şəklində işləmək bacarığı
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək
  • MS Office (Word, Excel) proqramlarını bilmək

Üstünlük hesab olunur

  • İnşaat və ya kimya mühəndisliyi ixtisaslı namizədlərə üstünlük veriləcək
  • İnşaat və tikinti materialları satışı üzrə təcrübə üstünlükdür
  • Türk, rus və ingilis dillərini bilmək arzuolunandır
  • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →