İşin təsviri
- Yeni işçilərin işə qəbul prosesində iştirak etmək (sənədlərin qəbul edilməsi, əmək müqavilələrinin SİMA vasitəsilə imzalanmasının təşkili və müvafiq qeydiyyat işlərinin aparılması);
- Əmək münasibətlərinə xitam verilən əməkdaşlarla bağlı əməliyyatların həyata keçirilməsinə dəstək göstərmək (ərizələrin qəbul edilməsi, təhvil-təslim prosesinin koordinasiyasında iştirak və sənədlərin arxivləşdirilməsi);
- Əmək müqavilələrinə edilən dəyişikliklərlə bağlı sənədlərin hazırlanması və əməkdaşlar tərəfindən SİMA vasitəsilə imzalanmasının təmin edilməsi;
- İşçilərin giriş-çıxış kartları ilə təmin olunması və bununla bağlı qeydiyyat işlərinin aparılması;
- Əməkdaşların gündəlik davamiyyətinin izlənilməsi, məlumatların yoxlanılması və müvafiq qeydiyyatın aparılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və düzgün saxlanılmasını təmin etmək;
- İR sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi proseslərində iştirak etmək;
- İR əməliyyatları ilə bağlı gündəlik inzibati işlərə dəstək vermək.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00 – 18:00.
- Proqramın müddəti 3 aylıq nəzərdə tutulub
Tələblər
- İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Güclü ünsiyyət bacarığı;
- Detallara diqqət etmə və vaxtın idarə olunması bacarıqları;
- Microsoft Office proqramlarında işləmə bacarığı.
- Təhsilini yeni başa vurmuş məzunlar və ya magistratura tələbələri prioritet namizəd hesab olunur