Vakansiya haqqında
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla material planlamasının hazırlanması;
Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq materialları müəyyən edərək bağlı olduğu rəhbərə bildirilməsi;
Xammal və materialların vaxtında təmin edilərək istehsala daxil olmasının izlənməsi;
İstehsal planlarına uyğun iş qrafiklərinin hazırlanması və icrasına nəzarət edilməsi;
İstehsal planından yayınmaların və gecikmələrin izlənməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı birbaşa rəhbərlə müzakirələrin aparılması;
Hazır məhsul, xammal və material qalıqlarına nəzarət edilməsi və ehtiyacların müəyyənləşdirilməsi;
İstehsal prosesinin gündəlik izlənməsi və təsdiq edilmiş planların icrasına nəzarət edilməsi;
Planlama üzrə analitik hesablamaların aparılması və digər struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması;
Rəhbərlik tərəfindən verilən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
İş şəraiti:
İş yeri: Binəqədi şossesi 53;
İş qrafiki: 5 günlük (09:00 - 18:00)
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsil
- İş təcrübəsi mebel sahəsi üzrə 2 ildən artıq
- Tapşırıqların prioritetləşdirilməsi bacarığı
- Vaxt idarəetməsi və operativlik bacarığı
- Material çatışmazlıqları üzrə risk analizi etmə bacarığı
- Layihə dəyişikliklərinə çevik reaksiya verə bilmə bacarığı
- Stressə davamlılıq
- Analitik və təhliletmə bacarığı
- Komandada işləmək bacarığı
Oxşar elanlar
- Aqronom (Şimal regionu üzrə)"Agrarco" MMC · 2 gün əvvəl
- UstaKaspi Tehsil Shirketi · 3 gün əvvəl
- Hazır Beton Məhsulları üzrə İstehsalat MeneceriHolcim · 3 gün əvvəl
- Montaj rejissoruİctimai Televiziya və Radio Yayımları Şirkəti · 3 gün əvvəl
- FəhləCONNEX · 3 gün əvvəl
- Elektrik (Caspian Plaza)AQA Şirkətlər Qrupu · 4 gün əvvəl