İşin təsviri
- Şirkətə gələn namizədləri və qonaqları qarşılamaq, qeydiyyatını aparmaq və müvafiq şəxslərə yönləndirmək;
- Namizədlərin müsahibə və test mərhələləri üzrə təşkilati proseslərə dəstək göstərmək;
- Görüş və test otaqlarının hazırlığına nəzarət etmək;
- Namizədlərin gəlişi və prosesdəki dəyişikliklər barədə aidiyyəti əməkdaşları məlumatlandırmaq;
- Daxil olan telefon zənglərini cavablandırmaq və müvafiq şəxslərə yönləndirmək;
- Ziyarətçi vəsiqələrinin uçotunu aparmaq, gündəlik statistika və dövri hesabatlar hazırlamaq;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını və müvafiq qaydada təhvil verilməsini təmin etmək;
- Şəxsi məlumatların və daxili sənədlərin məxfiliyini qorumaq;
- Qəbul zonasının səliqəli saxlanılmasını və peşəkar qarşılama xidmətini təmin etmək.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Red Plaza biznes mərkəzi, Süleyman Sani Axundov küçəsi, 3G
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
İşin xarakteri: Analıq məzuniyyətində olan əməkdaşın əvəzinə, müddətli iş
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; rus dili biliyi üstünlükdür;
- MS Excel üzrə orta səviyyədə biliklər, MS Word və elektron poçtla işləmək bacarığı;
- Resepsiyon, qeydiyyat, administrator və ya oxşar vəzifə üzrə təcrübə üstünlükdür;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Eyni vaxtda bir neçə işi idarə etmək və məxfi məlumatlarla məsuliyyətli davranmaq bacarığı.
Biz nə təklif edirik?
- Böyük və tanınmış şirkətdə iş təcrübəsi;
- Peşəkar komanda ilə əməkdaşlıq;
- Bilik və bacarıqların inkişaf etdirilməsi imkanı;
- Dinamik və işgüzar mühitdə çalışmaq imkanı.
Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə elan olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.